Almaniyadan rekord göstərici - 1 sutkada 1,3 milyon insan...
Bizi izləyin

Avropa

Almaniyadan rekord göstərici - 1 sutkada 1,3 milyon insan...

Almaniyada koronavirus əleyhinə peyvəndlənmə prosesi sürətlə davam edir.

Publika.az xəbər verir ki,ötən sutka ərzində ölkə ərazisində rekord sayda - 1 353 453 nəfər peyvənd olunub.

Ölkənin Səhiyyə naziri Cens Span bidirib ki, ölkədə artıq 38 646 171 nəfər birinci dozanı qəbul edib. Tam peyvəndlənmiş insanların sayı isə 8 882 370 nəfərdir ki, bu da Almaniya əhalisinin 10,6 faizini təşkil edir.

Qeyd edək ki, Almaniyada son sutkada 190 nəfər Covid-19 virusu səbəbindən həyatını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm