Litvada fövqəladə vəziyyət rejimi elan edildi - SƏBƏB
Bizi izləyin

Avropa

Litvada fövqəladə vəziyyət rejimi elan edildi - SƏBƏB

Litva hökuməti Belarus ilə sərhəddə qanunsuz miqrant axını ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan etmək qərarına gəlib.

Publika.az xəbər verir ki, Litvanın daxili işlər naziri Aqne Bilotayte bununla əlaqədar fövqəladə əməliyyat üzrə operativ rəhbər təyin edilib.

Litvanın Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib ki, sərhədçilər gün ərzində dövlət sərhədini qanunsuz şəkildə keçməyə çalışan 150 miqrantı saxlayıblar. Bu da əvvəlki sutkalıq göstəricilərdən təxminən üç dəfə çoxdur. Hazırda qeyri-leqal miqrantların yerləşdirilməsi məqsədilə 835 nəfərlik yer ayrılıb. Həmin yerlərdən 500-ü artıq tutulub.

Carı ildə ümumilikdə 822 qanunsuz miqrant Belarus-Litva sərhədini keçməyə çalışıb ki, bu da 2020-ci illə müqayisədə on dəfə çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm