Papanın əməliyyatı uğurlu oldu
Bizi izləyin

Avropa

Papanın əməliyyatı uğurlu oldu

Romanın “Cemelli” xəstəxanasına yerləşdirilən Roma Papası Fransiskin əməliyyatı uğurlu keçib.

Publika.az xəbər verir ki, bu barədə “ANSA” məlumat yayıb.

Bağırsaq əməliyyatı ümumi anesteziya altında aparılıb və hazırda pontifik özünü yaxşı hiss edir.

Roma Papası Fransiski professor Luidji Sofo, həkimlər Antonio Tortorelli və Roberta Menqinin köməyi ilə professor Serjio Alfieri əməliyyat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm