Rusiya Avropa İttifaqının HƏDƏFİNDƏ: daha altı ay...
Bizi izləyin

Avropa

Rusiya Avropa İttifaqının HƏDƏFİNDƏ: daha altı ay...

Avropa İttifaqı Ukraynanı sabitsizlәşdirdiyi üçün Rusiyaya 2014-cü ildәn etibarәn tәbiq etdiyi sanksiyaların müddәtini daha altı ay uzadıb.

Publika.az xəbər verir ki, sanksiyalar 2022-ci ilin 31 yanvar tarixinәdәk qüvvədə qalacaq.

Avropa İttifaqı Şurasından verilәn bәyanatda qәbul edilәn qәrarın 24-25 iyun tarixlәrindә keçirilәn Avropa İttifaqına üzv dövlәtlәrin liderlәr zirvәsindә qәbul edilәn qәrarlar nәticәsindә qәbul edildiyi vurğulanıb.

Xatırladaq ki, Rusiya 2014-cü ilin 18 mart tarixindә Krım Muxtar Respublikasını vә Sevastopol şәhәrini qeyri-qanuni şәkildә ilhaq edib.

Krımın Rusiya tәrәfindәn ilhaq edilmәsi vә Ukraynanın şәrqindә baş verәn hadisәlәrdәn sonra Avropa İttifaqı, Amerika Birlәşmiş Ştatları vә bәzi ölkәlәr Rusiyaya iqtisadi sanksiyalar tәtbiq etmәyә başlayıb.

Avropa İttifaqı Rusiyaya ilk olaraq 2014-cü ildә iqtisadi sanksiyalar tәtbiq etmәyә başlayıb.

Genişlәndirilmiş sanksiyalara görә Avropa İttifaqına üzv dövlәtlәr Rusiyaya silah satmır.

Sanksiyalar Rusiyanın Aİ ölkələrindən neft və qaz sənayesində istifadə olunan bəzi həssas texnologiyaları almasını məhdudlaşdırır.

Sanksiyalar altı aydan bir uzadılır. Mövcud sanksiyaların müddәti 2021-ci ilin 31 iyul tarixindә sona çatır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm