Fransada növbəti prezident seçkilərinin vaxtı açıqlandı
Bizi izləyin

Avropa

Fransada növbəti prezident seçkilərinin vaxtı açıqlandı

Gələn il Fransada keçiriləcək prezident seçkilərinin vaxtı rəsmi olaraq elan edilib.

Publika.az xəbər verir ki, hökumətin sözçüsü prezident seçkilərinin birinci turunun gələn il aprelin 10-da, ikinci turunun isə aprelin 24-də keçiriləcəyini söyləyib.

Bildirilib ki, prezident seçkilərindən sonra iyunun 12 və 19-da ölkədə parlament seçkiləri keçiriləcək.

Bir çox siyasətçilər seçki tarixləri ilə bağlı tənqidi fikirlərini bildiriblər. Qeyd ediblər ki, seçki tarixləri tətil vaxtı ilə üst-üstə düşür və sağçı və ifrat sağçı partiyaların olduğu regionlarda seçici iştirakına mənfi təsir edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm