Almaniya "Taliban"a yaşıl işıq yandırır: hüquqi cəhətlər yoxlanılacaq
Bizi izləyin

Avropa

Almaniya "Taliban"a yaşıl işıq yandırır: hüquqi cəhətlər yoxlanılacaq

Almaniya hökuməti Əfqanıstanın hazırkı rəhbərliyi ilə münasibətləri dəyişməyi və vəziyyəti yerində öyrənmək üçün yaxın günlərdə diplomat Markus Potseli həmin ölkəyə göndərməyi planlaşdırır.

Publika.az "Welt am Sonntag" qəzetinə istinadla xəbər verir ki, Potsel alman diplomatların Əfqanıstana hələlik müvəqqəti şərtlərlə necə qayıda biləcəyini aydınlaşdıracaq.

Bununla yanaşı, AFR-in Baş prokurorluğu “Taliban” hərəkatı ilə əlaqələrin hüquqi cəhətlərini yoxlayır. Belə ki “Taliban” Almaniyada terror qruplaşması kimi qəbul olunur.

Nəşr hesab edir ki, bu addımlar Almaniyanın Əfqanıstan hakimiyyəti ilə ünsiyyətini asanlaşdıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm