Ukraynada “Bayraktar” istehsalı bu tarixdən BAŞLAYACAQ
Bizi izləyin

Avropa

Ukraynada “Bayraktar” istehsalı bu tarixdən BAŞLAYACAQ

“Bayraktar” hücum dronlarının istehsalı zavodu 2023-cü ilin sonunda Ukraynada işə düşə bilər.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar məlimat verib.

"Tikintisinin özü (zavodun - red.) bir neçə ay çəkə bilər və zavodun işə salınması 2023-cü ildə, bəlkə də sonunda ola bilər", - səfir bildirib.

O, həmçinin əlavə edib ki, Ali Radada zavodla bağlı sazişin ratifikasiyası prosesinə baxmayaraq, “Baykar Makina” tikintiyə başlamaq üçün artıq hazırlıq işlərinə başlayır.

"Əlbəttə, müəyyən avadanlıqların idxalı ilə bağlı bəzi nüanslar var, lakin bunlar texniki detallardır. Ümid edirəm ki, yaxın aylarda bu məsələdə müəyyən irəliləyişlərin şahidi olacağıq", - Bodnar bildirib.

Xatırladaq ki, o, daha əvvəl hökumətin Ukraynada "Bayraktar" zavodunun tikintisinə dair ikitərəfli sazişi təsdiqlədiyini və onu ratifikasiya üçün parlamentə göndərdiyini bildirmişdi.

O, həmçinin qeyd edib ki, “Baykar Makina” artıq Ukraynada torpaq sahəsi alıb, zavodun özü üçün layihə hazırlayıb və onu sona qədər həyata keçirməyə hazırdır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm