Avropa
Kraliçanın SİRLİ MƏKTUBU - 2085-ci ilədək açılmayacaq
96 yaşında vəfat edən Böyük Britaniya Kraliçası II Elizabetin 1986-cı ildə Avstraliyanın Sidney şəhərində yazdığı məktub ölümündən sonra gündəm olub.
Publika.az xəbər verir ki, kraliçanın Sidneydəki Kraliça Viktoriya Sarayının bərpası ilə bağlı yazdığı məktubun 2085-ci ilə qədər açılmayacağı bildirilib.
II Elizabet məktubu Sidney merinə göndərib. Məktubda mer üçün göstərişlərin olduğu da qeyd olunub.
Məktub “Avstraliyanın Sidney şəhərinin dürüst və hörmətli lord merinə” müraciəti ilə başlayır.
Kraliça məktubun üzərində Sidney merinə xitabən qeyd edib: “2085-ci ildə seçdiyiniz münasib gündə bu zərfi açıb Sidney vətəndaşlarına mesajımı çatdırardınızmı?”
Kraliçanın xahişi qəbul edilsə də, onun məktubda nə yazdığı hələ də sirr olaraq qalacaq.
Britaniya mətbuatı yazır ki, kraliça çox güman məktubda tarixi binanı xilas etdikləri üçün Sidney sakinlərinə təşəkkür edir. (Teleqraf.com)
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi