Avropa
Ermənilər bu dəfə İsveçdə SUSDURULDU

İsveçdə yaşayan bir qrup radikal erməninin Azərbaycanın bu ölkədəki səfirliyi qarşısında Ermənistanın hərbi təxribatlarına və qarayaxma kampaniyasına dəstək aksiyası dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəyovun səsucaldan vasitəsilə səsləndirilən musiqisi ilə qarşılanıb.
Publika.az xəbər verir ki, ölkəmiz əleyhinə təxribatçı çıxışlar edən radikalların səsləri batırılıb. Bununla da ermənilərin aksiyası uğursuz başa çatıb.
Qeyd edək ki, İsveç polisi Azərbaycan səfirliyini radikal erməni nümayişçilərinin mümkün zorakılığından qorumaq üçün qabaqlayıcı tədbirlər görüb, onların diplomatik korpusa yaxınlaşmasının qarşısı alınıb.
Xatırladaq ki, Fransada erməni vandalları sentyabrın 18-də Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər. Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.
Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar.

-
Cənubi Qafqaz16:15
Rus hərbçilər Ermənistanda səngər qazır: toqquşmaya hazırlıq başladı - FOTO
-
Qadın16:00
Şok! 70 yaşlı "lənətlənmiş qadın" əkiz uşaq doğdu - FOTO
-
Dünya15:10
Lavrov Blinkenlə Borreli ələ saldı: Qorxurlar, mən isə qaçmamışam
-
Hadisə14:50
Azərbaycanda polkovnik vəfat etdi - Foto
-
İdman14:20
İtalya fubolunun bir nömrəli gözəli: O, boş vaxtlarında görün nə edir - FOTOLAR
-
İqtisadi gündəm13:35
Pensiya üçün müraciət asanlaşır - Məbləğ artacaq?
-
Maraq dünyası13:00
Dünyanın ən ucuz və ən bahalı şəhərləri hansılardır?
-
Elm və təhsil12:25
Bu məktəb distant tədrisə keçdi