Nüvə müharibəsi qapıda: Putinin dediklərini nəzərə almamaq... - SENSASİYA
Bizi izləyin

Avropa

Nüvə müharibəsi qapıda: Putinin dediklərini nəzərə almamaq... - SENSASİYA

Britaniyalı jurnalist Peter Hitçens hesab edir ki, Böyük Britaniya Rusiya prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı bəyanatından sonra sülhə nail olmağa çalışmalı və Ukraynada münaqişənin sona çatmasına töhfə verməlidir.

Publika.az xəbər verir ki, bu barədə o, “Daily Mail” üçün yazdığı məqaləsində qeyd edib.

“Milli büdcəmizin son həddə çatmasına, öz silahlı qüvvələrimizin uzun illər pul, insan və texnika çatışmazlığına baxmayaraq, niyə bu ölkəyə silah və texnika göndəririk?” – məqalədə qeyd olunub.

Müəllif yazır ki, Ukrayna böhranı artıq dünyanı əsl nüvə müharibəsinə yaxınlaşdırıb.

Hitçens vurğulayıb ki, hazırkı “Ukraynaya hərbi dəstək” siyasəti “çox köhnə və mübahisəlidir”.

Jurnalist iddia edir ki, Rusiya prezidentinin nüvə silahından istifadə ilə bağlı sözlərini nəzərə almamaq və bu bəyanata blef kimi yanaşmaq axmaqlıqdır: “Mən milləti bunu böyüklər kimi müzakirə etməyə və mövcud siyasəti yeganə düzgün və ya vətənpərvər siyasət hesab etməməyə çağırmaq istərdim”.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm