Zelenski: "Ukrayna ABŞ-dan NASAMS sistemlərini aldı" - FOTO
Bizi izləyin

Avropa

Zelenski: "Ukrayna ABŞ-dan NASAMS sistemlərini aldı" - FOTO

ABŞ Ukraynaya raket hücumlarından müdafiəni təmin edə bilən iki NASAMS zenit sistemi verib.

Publika.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski CBS telekanalına müsahibəsində deyib.

“Bizə lazımdır ki, ABŞ liderlik nümayiş etdirsin və Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etsin. Prezident Baydenə və ABŞ Konqresinə artıq qəbul edilmiş müsbət qərara görə təşəkkür etmək istəyirəm - NASAMS aldıq”, - Zelenski bildirib.

O, vurğulayıb ki, bu, mülki infrastrukturu əhatə etmək üçün tamamilə kifayət deyil:

"Məktəblər, xəstəxanalar, universitetlər, ukraynalıların evləri: Ukraynalıları evlərinə qayıtmağa təşviq etmək üçün bizə təhlükəsizlik lazımdır. Təhlükəsiz olsa, gəlib məskunlaşacaqlar, burada işləyəcəklər, vergi verəcəklər, 5 milyard dollar büdcə kəsirimiz də olmayacaq. Bu, hamı üçün müsbət olacaq”.

NASAMS-ın taktiki-texniki göstəriciləri:

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm