“Tutdu və buraxmaq bilmədi” - Aparıcı Baydenlə məzələndi - VİDEO
Bizi izləyin

Avropa

“Tutdu və buraxmaq bilmədi” - Aparıcı Baydenlə məzələndi - VİDEO

“Fox News” telekanalının aparıcısı Cessi Uotters Fransa liderinin Vaşinqtona səfəri zamanı ABŞ və Fransa prezidentləri arasında uzunmüddətli əl sıxışması ilə bağlı zarafat edib.

Publika.az xəbər verir ki, müvafiq video “Fox News” YouTube kanalında yayımlanıb.

Uotters qeyd edib ki, Co Bayden və Emmanuel Makronun əlindən “tutdu” və “buraxmaq bilmədi” və nəticədə əl sıxma 30 saniyədən çox davam etdi.

Qeyd edək ki, noyabrın 30-da Emmanuel Makron rəsmi səfərlə ABŞ-a gəlib və prezident Baydenlə görüşüb. Ağ Evin rəhbəri həmkarına güzgü və amerikalı musiqiçilərin yazıları olan vinil plastinalar kolleksiyasını hədiyyə edib.

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm