Kosovo Aİ-yə üzv olmaq üçün ərizə imzaladı
Bizi izləyin

Avropa

Kosovo Aİ-yə üzv olmaq üçün ərizə imzaladı

Kosovonun dövlət qurumlarının rəhbərləri Aİ-yə daxil olmaq üçün ərizəni imzalayıblar .

Publika.az xəbər verir ki, bu barədə "Kosova Press" məlumat verib.

Kosovo prezidenti Vyosa Osmani bildirib ki, bu, tarixi bir gündür:

"Kollektiv arzumuzu həyata keçirmək üçün qətiyyətli addım atırıq. Kosovo üçün heç vaxt başqa alternativ olmayıb, ancaq arzular yalnız fəaliyyət başlayanda reallaşır"

Osmani Kosovonun Aİ ailəsinin bir hissəsi olmağa layiq olduğunu vurğulayıb.

"Proses hamar deyil və uzun ola bilər, lakin biz uğur qazanmağa qərarlıyıq. Biz işimizi elə aparacağıq ki, Aİ öz üzərinə düşəni ən asan şəkildə yerinə yetirsin", - deyə Osmani əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm