İlk plan boşa çıxdı: Rusiya bu şəhərə HÜCUM EDƏ BİLƏR
Bizi izləyin

Avropa

İlk plan boşa çıxdı: Rusiya bu şəhərə HÜCUM EDƏ BİLƏR

Rusiya Ukrayna müdafiəçilərinin güclü müqaviməti fonunda əsas hücum qüvvələrini Baxmut yaxınlığından Soledara yaxınlaşdırmağa başladı.

Bu barədə Publika.az "The Wall Street Journal"a istinadla xəbər verir .

Nəşr qeyd edir ki, ruslar Baxmuta hücumlarını zəiflətdilər və yaxınlıqdakı Soledar şəhəri ətrafında daha çox qüvvə cəmləşdirməyə başladılar. Orada döyüşlər uzun müddətdir ki, davam edir, lakin əsgərlərin bu cür köçürülməsi faktının özü Ukrayna Silahlı Qüvvələrinin rusları "taktikanı tez dəyişməyə" məcbur etdiyini göstərə bilər.

WSJ vurğulayır ki, Rusiyanın bu cür hərəkətləri onun Baxmutu işğal etmək planlarından tamamilə imtina etdiyini göstərmir, lakin işğalçı ölkə indi bu istiqamətdə baş verənləri yenidən düşünməyə çalışır.

Yüksək rütbəli ukraynalı hərbçilər hesab edirlər ki, Baxmut yaxınlığında nəticə əldə etməkdən ümidini kəsən işğalçılar Ukrayna Silahlı Qüvvələrinin Soledar yaxınlığında müdafiəsini "tədqiq etmək" qərarına gəliblər – onlar heç olmasa orada qələbələrini elan etmək istəyirlər.

WSJ xatırladır ki, Baxmut uğrunda döyüşlər altı aydır davam edir və Qərb ekspertləri Rusiyanın bu şəhəri ələ keçirmək istəyinə təəccüblənirlər, çünki bunun böyük strateji əhəmiyyəti yoxdur. Şəhərin işğalı rus qoşunlarının psixoloji durumuna daha çox təsir edəcək.

Xatırladaq ki, bir qədər əvvəl Şərq Qüvvələr Qrupunun spikeri Sergey Çerevatı bəyan etmişdi ki, Rusiya Federasiyasının Baxmut yaxınlığındakı hücumu hələ də kulminasiya nöqtəsinə çatmayıb və orada döyüşlər davam edir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm