Avropa
Zelenski: "Rusiya böyük qisas üçün hazırlıqlara başladı"

"Rusiya böyük qisas üçün hazırlıqlara başladı. Lakin biz onları dayandırmağa hazırıq".
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski yanvarın 30-da keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun hücumunu dayandırmağa hazırdır. O, əlavə edib ki, Kiyev özünün böyük əks-hücumuna hazırlaşacaq.
"Biz kəşfiyyat məlumatlarını öyrənirik, məlumatları tərəfdaşlarla paylaşırıq. Kəşfiyyatın yenidən Rusiya hücumunun riskləri barədə məlumat almağa başladığı andan mən Qərb ölkələrinin liderləri ilə danışmışam.", - Zelenski deyib.
Bundan əvvəl NATO rəhbəri Yens Stoltenberq də Rusiyanın hazırda yeni hücuma hazırlaşdığını bildirib.
Hüseyn İbadlı

-
İdman14:45
Gözəlliyi başına bəla oldu, idmanı bu sahəyə dəyişdiyini açıqladı - FOTOLAR
-
Nida Xəbər 14:25
Bu gün İlkin Süleymanov son sözünü deyəcək - Foto
-
Sosial13:49
Pul qazandır, amma hörmət görmə: Azərbaycanda banklar bu müştərilərə niyə dəyər vermirlər?
-
Region12:58
Azərbaycanlı teleaparıcı Türkiyədə "vay-vay"la gündəm oldu - VİDEO
-
ABŞ12:20
Gözlənilən qanun layihəsi təsdiqləndi - İyunun 5-dən...
-
Magazin211:58
Məşədi İbadın Gülnazına şükür, bunun neçə adaxlısı varmış? - Onun haqqında bilmədiklərimiz - FOTO
-
Magazin111:28
"Niyaməddin Musayev məni görən kimi pulları gizlətdi" - Çingiz Əhmədov - VİDEO
-
Nida Xəbər 10:54
XİN Fransa Prezidentinə cavab verdi