Zaxarovadan Berboka sərt sözlər: Qadın olduğunu sübut et!
Bizi izləyin

Avropa

Zaxarovadan Berboka sərt sözlər: Qadın olduğunu sübut et!

Annalena Berbok feminist Almaniya xarici siyasəti planını təklif etməzdən əvvəl ilk növbədə qadın olduğunu sübut etməlidir.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın xarici siyasətinin inkişafı üzrə yeni proqramı “Vzqlyad” qəzetinə şərh edərkən deyib.

“Qoy o əvvəlcə qadın olduğunu sübut etsin”, - Zaxarova qeyd edib.

Daha əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok və iqtisadi əməkdaşlıq və inkişaf naziri Svenja Schulze feminist xarici siyasət planını təqdim ediblər. Plana görə, Almaniyanın inkişaf fondlarının 8%-i gender bərabərliyi üzrə layihələrə yönəldilməli, daha 85%-i isə ikinci dərəcəli məqsəd kimi istifadə edilməlidir. Dəyişikliklər çərçivəsində “feminist xarici siyasət üzrə səfir”in də olacağı gözlənilir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm