İttiham: Rusiya Moldovada sabitliyi pozmağa cəhd etdi, amma...
Bizi izləyin

Avropa

İttiham: Rusiya Moldovada sabitliyi pozmağa cəhd etdi, amma...

Moldova Prezident Aparatının baş katibi Andrey Spinu bildirib ki, martın 12-də Kişinyovda keçirilən etiraz aksiyası deyildi, Rusiyanın Moldovada sabitliyi pozmaq üçün uğursuz cəhdi idi.

Publika.az xəbər verir ki, bu barədə "Nokta.md" məlumat yayıb.

Spinu insanları sakit olmağa, yalnız rəsmi və etibarlı məlumat mənbələrinə müraciət etməyə və "oğru qrupları"nın -"Şor" və digərlərinin" sabitliyi pozan hərəkətlərindən uzaq durmağa çağırıb.

"Daşıyıcılar, sürücülər, yerli hakimiyyət orqanları, yəni hər kəs bu hərəkətlərdən uzaqlaşmalıdır. Bu hərəkətlərə töhfə verən hər kəs Moldovanın əleyhinə işləyir”, - Prezident Aparatının baş katibi bildirib.

Moldova polisi martın 12-də bildirib ki, onlar iğtişaşlarda iştirak etmək üçün xüsusi təlim keçmiş rusiyapərəst qrupların planlarını pozmağa nail olublar.

Polis artıq İlan Şorun 54 tərəfdarını - onlardan 21-i azyaşlı olub- "şübhə doğuran" davranışlara və qadağan olunmuş əşyalara görə saxlayıb.

Moldova polisinin rəhbəri Viorel Cernautanu bildirib ki, Şor tərəfdarlarının etirazları zamanı iğtişaşlar yaratmaq üçün əməliyyat hazırlayırlar. Hakimiyyət orqanlarının məlumatına görə, iğtişaşlar Kişinyovda ölkənin yeni qərbyönlü hökumətinə qarşı aksiyalar zamanı hazırlanıb.

Xatırladaq ki, bazar günü müxalif Şor partiyasının tərəfdarları paytaxtın mərkəzinə toplaşıb. Təşkilatçıların sözlərinə görə, fəallar qış ayları üçün hesabların ödənilməsini tələb etmək, həmçinin Moldova ərazisində hərbi münaqişənin qarşısını almaq üçün gəliblər.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm