Avropa
Putinin nüvə həmləsinə Qərbin təhlükəli cavabı: Rusiya sərhədinə...
“Qərb Rusiya prezidenti Vladimir Putinin Belarus ərazisində nüvə silahı yerləşdirmək qərarından narahatdır, çünki gələcəkdə onlar ABŞ sərhədləri yaxınlığında da peyda ola bilər”.
Publika.az xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Solonnikov bildirib.
“Qərb narahatdır, çünki indi o, Rusiyanın bütün hərəkətlərində özü üçün hansısa mənfi cəhətlər axtaracaq və Vladimir Putinin istənilən hərəkəti Qərbə qarşı təcavüz cəhdi kimi şərh olunacaq. Ona görə də Rusiyanın indi qarşılıqlı və müdafiə xarakterli hər hansı hərəkəti Qərb tərəfindən həmin Qərbə və Avropa İttifaqına hücum cəhdi kimi şərh ediləcək”, - Solonnikov deyib.
Qərb ölkələrinin nümayəndələrinin reaksiyasını şərh edən Solonnikov vurğulayıb ki, Moskva nüvə silahının yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərini pozmur - onları Minskə vermir, əksinə, ittifaq dövlətinin ərazisində saxlanmaq üçün yerləşdirir. Onun sözlərinə görə, Vaşinqton bunu on illərdir ki, edir.
“ABŞ silahlarını Rusiya sərhədlərinə yaxın Avropa dövlətlərinin ərazisinə yerləşdirir. Niyə biz silahlarımızı başqa dövlətlərin ərazisində yerləşdirə bilmirik? Bizə heç nə mane olmur”, - politoloq bildirib.
Solonnikov Qərbin Vladimir Putinin Belarusda nüvə başlıqları yerləşdirmək qərarına necə reaksiya verə biləcəyini açıqlayıb: “Konkret olaraq, bu bəyanatla bağlı heç bir tədbir görülməyəcək. Avropada silah istehsalı davam edəcək. ABŞ nüvə silahını Rusiya sərhədlərinə qədər sıxışdıracaq. NATO-nun yeni üzv ölkələrində görünəcək. İndi Finlandiyanı qəbul edəcəklər, orada da müxtəlif ABŞ silahları peyda olacaq. Bu, baş verəcək. Amma bunun konkret bəyanata cavab olduğunu söyləmək mümkün deyil. Bu, sadəcə olaraq ABŞ və Avropa dövlətlərinin tətbiq etdiyi davamlı siyasətdir”, - deyə Dmitri Solonnikov yekunlaşdırıb.
Akqabay
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi