Naziri qorxaq adlandırıb, istefasını tələb etdi
Bizi izləyin

Avropa

Naziri qorxaq adlandırıb, istefasını tələb etdi

Avropa İttifaqı Şurasının keçmiş rəhbəri, Polşa müxalifətinin lideri Donald Tusk müxalifət parlamentindəki “Vətəndaş Koalisiyası” fraksiyasının iclasını açaraq bildirib ki, Bydgoszcz (Bıdqoş) yaxınlığında bir raketin düşməsi insidenti ilə bağlı Polşanın milli müdafiə naziri Marvis Blaşçak işdən çıxarılmalıdır.

Publika.az xəbər verir ki, Tuskun sözlərinə görə, orada əslində nə baş verdiyi hələ məlum deyil.

O, maraqlanıb ki, niyə belə dramatik bir vəziyyətdə ölkənin Milli Müdafiə Nazirinin özünü “tam qorxaq” kimi aparıb.

"Çaşqınam ki, niyə “Polşa formasının arxasında divar” şüarından yalnız “məsuliyyətdən qaçmaq” kimi tutqun mənzərə qalır".

Tusk əmindir ki, Polşanın hakim Qanun və Ədalət partiyasının bu həftəsonu keçiriləcək qurultayı zamanı Blaşçak istefaya göndərilməlidir.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm