Avropa
PKK tərəfdarı İsveçdən Türkiyəyə ekstradisiya edildi

İsveç Ali Məhkəməsi Kürdüstan Fəhlə Partiyasının (PKK) tərəfdarının Türkiyəyə ekstradisiyasına qərar verib.
Publika.az xəbər verir ki, bu barədə İsveçin "Aftonbladet" qəzeti yazıb.
Bildirilib ki, İsveç Ali Məhkəmə PKK tərəfdarının ilk ekstradisiyasını təsdiqləyib. Məhkəmədən sonra İsveç hökuməti indi ekstradisiya ilə bağlı qərar verməlidir.
Söhbət 2022-ci ilin avqustunda İsveçdə həbs edilən 35 yaşlı kişinin taleyindən gedir. Həbs Türkiyənin Adana Baş Prokurorluğunun müraciəti əsasında həyata keçirilib.
"Aftonbladet" qeyd edib ki, İsveç Ali Məhkəməsinin qərarı NATO-nun Vilnüs sammitindən bir qədər əvvəl verilib. NATO-nun sammiti iyulun 11-12-də keçiriləcək.
Qeyd edək ki, Kürdüstan Fəhlə Partiyası (PKK) tarixi Kürdüstanda müstəqil Kürdüstan dövləti qurmağa çalışan kürd yarımhərbi təşkilatıdır. Onun tərəfdarları Türkiyəyə qarşı silahlı mübarizə aparırlar. Türkiyə, ABŞ, Avropada terror təşkilatı olaraq tanınır.
Hüseyn İbadlı

-
Qoroskop04:44
İki bürc tezliklə milyon əldə edə bilər
-
Qarabağ 03:13
ŞOK İDDİA: 3 separatçı lider Ermənistana keçib?
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qıcıqlı davranıb könül sındırmayın
-
Region1 Oktyabr 23:00
Türkiyənin uçan avtomobili TEKNOFEST-də - FOTO
-
İqtisadi gündəm1 Oktyabr 22:24
Azərbaycanda sement BAHALAŞDI - VİDEO
-
Ekologiya1 Oktyabr 21:12
Bu gecə qeyri-adi astronomik hadisə baş verəcək
-
Magazin11 Oktyabr 20:12
Azərbaycanda bu məşhur şəxs oğluna toy etdi - VİDEO
-
İdman1 Oktyabr 19:40
Messi azərbaycanlı iş adamı ilə bir arada - FOTO