Avropa
Belarus-Polşa sərhədində vəziyyət gərgin olaraq qalır
Belarus miqrantlara Polşa sərhədində hasarları aşmaq üçün avadanlıq verir.
Publika.az xəbər verir ki, bu haqda Polşa hökumətinin informasiya məkanının təhlükəsizliyi üzrə komissarı Stanislav Jarin “Twitter” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Polşa ilə Belarus arasındakı sərhəddə vəziyyət gərgin olaraq qalır.
"Belarus xüsusi xidmət orqanları təkcə miqrantları sərhəd zonasına çatdırmır, həm də onları qeyri-qanuni keçid (pilləkənlər, boltlar) və Polşa sərhədçilərinə hücum (daşlar, kərpiclər, səki daşları) üçün avadanlıqla təmin edir", - Jarin deyib.
O həmçinin hesab edir ki, bu, Rusiyanın Avropada, xüsusən də NATO-nun şərq cinahında sabitliyi pozmaq planının bir hissəsidir.
"Rusiyanın hibrid müharibəsinin xarakterik xüsusiyyəti onun təcavüzkar hərəkətlərinin əsl mahiyyətinin yalan pərdələr arxasında gizlədilməsidir. Lakin Polşa bu təhlükələri vaxtında və dəqiq müəyyən etdi", - Jarin fikirlərini yekunlaşdırıb.
Mehti Kamiloğlu
-
İqtisadi gündəm14:02
Türkiyə üçün tarixi şans: Ankara bunu siyasi "kozır"a çevirəcək
-
Sosial13:00
Əhməd Əhmədova ailə mülkiyyətindən pay düşürmü? - Vəkil danışdı
-
Dünya12:20
Ukrayna üçün şok proqnoz: "Sadəcə öləcək!"
-
Sosial11:45
Emin Ağalarovun ev verdiyi qadın görün kim imiş - VİDEO
-
Sosial11:30
Bakıda taksilərlə bağlı bu problem həll olunur: Daha narazılıq olmayacaq?
-
Sosial10:40
Azərbaycanlılara xaricdə ev aldıran səbəblər
-
Nəqliyyat10:00
Bakıda bir istiqamətdə hərəkət qismən məhdudlaşdırıldı
-
Elm və təhsil09:00
Bağçada işləyən müəllimlərə imtahanda hansı suallar veriləcək?