Avropa
Avropada yüz minlərlə ton qəhvə və kakao məhv edilə bilər
Avropada yüz minlərlə ton qəhvə və kakao məhv edilə bilər.
Publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, buna səbəb meşələrin qorunub saxlanması ilə bağlı yayda qəbul olunmuş qanundur.
“Financial Times” nəşrində deyilir ki, iyun ayında qəbul edilmiş qanun meşələrin qırılması və uşaq əməyinin istifadəsi nəticəsində istehsalı mümkün olan malların idxalını qadağan edir.
“İstehsalçılar qəhvə və kakao ehtiyatlarını keçid dövründə - 2024-cü ilin dekabrına qədər satmalıdırlar, əks halda onları Avropa İttifaqından kənarda satmalı və ya məhv etməli olacaqlar”, - deyə Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru Pamela Kouk-Hamilton bildirib.
Hazırda Avropa anbarlarında 200 min tona yaxın kakao və 150 min ton qəhvə saxlanılır. Kakaonun təqribən 70 faizi Qanadan və Fil Dişi Sahilindən gətirilib. Qəhvə ehtiyatlarının əsas hissəsi Braziliya, Vyetnam, Kolumbiya və İndoneziyadan daxil olub.
Qəzetin məlumatına görə, rəsmi Brüssel indiyədək Avropa İttifaqına üzv ölkələrin hökumətlərinə bu məhsulların məhv edilməsinin qarşısını almaq üçün dəqiq göstəriş verməyib. Kateqoriyalardakı qarışıqlıq, həmçinin qəhvə və kakaonun dəqiq paylanmaması səbəbindən hər iki məhsulun ticarəti yavaşlaya bilər.
-
Hadisə00:30
Lənkəranda bazarda GÜCLÜ YANĞIN - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Gizli istedadlarınız üzə çıxacaq
-
Hadisə19 Yanvar 23:12
Qaz sızmalarının və partlayışların qarşısını necə almaq olar? - VİDEO
-
Sosial19 Yanvar 22:00
Əhaliyə ŞAD XƏBƏR: Bəzi ərzaq məhsulları UCUZLAŞACAQ - VİDEO
-
İdman19 Yanvar 21:36
“Real Madrid” liderliyə belə yüksəldi - QOLLAR/VİDEO
-
Ekologiya19 Yanvar 21:12
Buz bağlayan Maralgöldən əsrarəngiz görüntülər - VİDEO
-
Səhiyyə19 Yanvar 20:12
Azərbaycanda tanınmış həkim vəfat etdi - FOTO
-
Cənubi Qafqaz19 Yanvar 19:40
Vitali Balasanyan Bakıya məktub ünvanladı - Nələr yazıb?