Avropa
İclasda qumbara partladan deputat terrorda İTTİHAM OLUNUR
Ukraynanın Zakarpat vilayətinin Keretskovski kənd sovetinin deputatı Sergey Batrinə qarşı rəsmi ittiham irəli sürülüb.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidməti məlumat yayıb.
Materialda bildirilir ki, UTX-nin müstəntiqləri Zakarpatiyanın Keretskovski kənd şurasının iclası zamanı üç hərbi qumbaranın partladılmasını ağır nəticələrə səbəb olan terror aktı kimi təsnif edir. Sergey Batrin Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 2-ci hissəsi (“Terror aktı”) ilə ittiham olunub.
UTX nümayəndələri həmçinin Batrinin tibbi nəzarət və təhlükəsizlik altında olduğunu bildiriblər. Daha sonra onun barəsində qabaqlayıcı tədbir seçiləcək. Bundan əlavə, müstəntiqlər deputatın mənzilində axtarış aparıb, orada məzmunu araşdırılan intihar qeydi tapıblar.
Dekabrın 15-də baş verən partlayışda aralarında şübhəlinin də olduğu 23 adam yaralanıb - 28 yaşdan 68 yaşa qədər 16 kişi və 7 qadın. Onlar müxtəlif dərəcəli xəsarətlər alıblar, əksəriyyətinə qəlpə yaraları diaqnozu qoyulub.
Hüseyn İbadlı
-
MDB10:10Qəribə tale: Özü Ukraynaya, oğlu isə Rusiyaya qarşı döyüşürmüş...
-
Nida.az09:47Prezidentdən hərbi paradla bağlı paylaşım - VİDEO
-
Nida Xəbər 09:13Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım etdi
-
İdman08:36Formanı Yamalın sifətinə çırpdılar, belə reaksiya verdi - FOTO
-
Dünya08:24Dünyanı qorxuya salan 3I/ATLAS-dan ilk siqnal alındı
-
Səhiyyə02:42İnsan ömrünü uzadan laboratoriya - 150 il yaşamaq olacaq
-
Nida Xəbər 00:45Alyona Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım etdi - FOTO
-
Qoroskop00:30Günün ULDUZ FALI - Bu syal sizi düşündürə bilər


































.jpg)