MDB
Qəribə tale: Özü Ukraynaya, oğlu isə Rusiyaya qarşı döyüşürmüş...
Rusiyada maraqlı məhkəmə prosesi baş tutub. Belə ki, Sankt-Peterburqun Kalininski Rayon Məhkəməsi yetkinlik yaşına çatmayan Vyaçeslav adlı şəxsi terror təşkilatına qoşulmaqda təqsirli bilərək həbs edib.
Publika.az xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin mətbuat xidməti özünün Telegram kanalında məlumat yayıb.
İstintaq məlumatlarına görə, təqsirləndirilən şəxs ekstremizmin tərəfdarı olub və Rusiyanın Xüsusi Hərbi Əməliyyat(SVO) adlandırdığı Ukraynada aparılan müharibəyə qarşı çıxıb.
Yeniyetmə bu ilin 3 fevral tarixindən Ukraynada yaradılmış Rusiya Könüllü Korpusunun (RDK-Rusiya Federasiyasında terrorçu təşkilat kimi tanınır-red.) nümayəndələri ilə əlaqələr qurub. O, təşkilatın fəaliyyətində və əməliyyatlarında iştirak etmək istəyini bildirib. Daha sonra yeniyetmə Novaya Oxta və Parnas dəmir yolu stansiyaları arasında, eləcə də Toksovskoye şossesindəki yol qovşağının yaxınlığında nəqliyyat infrastrukturunda kəşfiyyat aparıb.
Məlumatda deyilir: “Vyaçeslav adları çəkilən obyektlər haqqında məlumatları (fotoşəkillər, video materiallar və yerləşmə) RDK nümayəndələrinə sonradan bu obyektdə təxribat və ya terror aktı törətmələri üçün göndərib”.
Maraqlıdır ki, müstəntiqlər yeniyetmənin atasının hazırda döyüş zonasında olduğunu Ukrayna ordusuna qarşı vuruşması faktını da aşkar ediblər. Məhkəmə təqsirləndirilən şəxsi 30 oktyabr 2025-ci ilə qədər həbsdə saxlayıb.
Tural
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM





































