Səhiyyə
İnsan ömrünü uzadan laboratoriya - 150 il yaşamaq olacaq
Çində insan ömrünün uzadılmasına yönəlmiş texnologiyaların hazırlanması ilə məşğul olan Lonvi Biosciences laboratoriyası fəaliyyət göstərir.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.
Lonvi Biosciences uzunömürlülük tibbi sahəsində ixtisaslaşan startapdır. Laboratoriya Çinin cənubunda yerləşən Şençjen şəhərində fəaliyyət göstərir. Şirkət yaşlanma prosesini ləngidən innovativ həb hazırlayıb. Onun əsasında üzüm çəyirdəklərindən alınmış birləşmə dayanır.
Şirkətin hərəkətə keçməsinə Şanxaydan olan alimlər qrupunun dərc etdiyi elmi araşdırmalar əsas verib. Tədqiqatlar zamanı müəyyən edilib ki, üzüm çəyirdəklərindən əldə edilən procyanidin C1 (PCC1) siçanların ömrünü 9,4% artırmaqla yanaşı, tətbiqə başlanıldıqdan sonra onların həyatını 64,2% uzada bilir.
“150 yaşa çatmaq tamamilə mümkün hədəfdir. Və artıq bir neçə ildən sonra bu reallığa çevriləcək”, – deyə şirkətin texniki direktoru Liu Tsinxua bildirib.
Bundan əvvəl Si Cinpin Putinə insanların 150 yaşa qədər yaşamaq şansının mövcud olduğunu demişdi.
Hüseyn İbadlı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?




































