Mistika
Yaponlar bu səbəbdən soyuducunun üstünə sikkə qoyurlar
Yaponiyada inanclara görə, evə uğur və bolluq gətirmək üçün bəzi kiçik əşyaları soyuducunun üstünə qoymaq lazımdır. Bu, həm evin enerjisini artırır, həm də rifah və zənginlik gətirir.
Publika.az xəbər verir ki, çox insan sadə bir soyuducunun evin enerjisinə təsir etdiyinin fərqində deyil. Feng Shui qaydalarına əsasən, mətbəx evin enerji axınını tənzimləyən sahə sayılır. Soyuducu isə həm bədəni, həm də ruhu qidalandıran məhsulların saxlandığı enerji mənbəyidir. Ona diqqət və qayğı göstərildikdə, həyatınıza maddi bolluq da cəlb edir.
Milli.Az xəbər verir ki, Feng Shui-yə görə soyuducu metal elementi sayılır. Buna görə onun ətrafının təmiz və səliqəli olması vacibdir. Çünki qarışıqlıq enerjinin balansını pozur və pozitiv axını zəiflədir.
Soyuducunun üstünə bunları qoymayın
Tost maşını, mikrodalğalı soba və ya digər elektrik cihazlarını soyuducunun üstünə yerləşdirmək olmaz. Çünki bu cihazlar "od" və "metal" enerjiləri arasında gərginlik yaradır və həm enerji itkisinə, həm də maddi zərərlərə səbəb ola bilər.
Mətbəxdə gül və taxta bəzəklərdən çəkinin
Taxta bəzəklər və bitkilər mətbəxdə estetik görünsə də, soyuducunun yanında yerləşdirilməməlidir. Çünki taxta elementi metal enerjisi ilə uyğunlaşmır və bolluq enerjisini zəiflədir. Eyni qayda yaşıl tonlu bəzəklər üçün də keçərlidir.
Onların yerinə metal və ya qızılı rəngli aksesuarlar seçmək məsləhətdir. Bu, həm soyuducunun təbii görünüşü ilə uyğunlaşar, həm də pul enerjisini gücləndirər.
Soyuducunun üstünə qəbzlər, alış-veriş siyahıları asmaq olmaz. Feng Shui-yə görə, bu cür xırda əşyaların yığılması maliyyə enerjisinin durğunlaşmasını simvolizə edir. Ən yanlış davranış isə borc kağızlarını və ya ödənilməmiş hesabları soyuducuda saxlamaqdır. Bu, pul itkisinə işarə edir.
Qəbzlər əvəzinə soyuducunun üstünə uğur və pozitivlik gətirən simvollar yerləşdirmək tövsiyə olunur:
Uğurlu sikkə,
Sikkə tutan qızıl qurbağa fiquru,
Meyvə, taxıl və ya pul təsvirləri.
Bu simvollar həm məkana pozitiv enerji bəxş edir, həm də bolluq və firavanlıq axınını gücləndirir.
Bundan əlavə, soyuducunun üstünə ailə fotoları, uşaqların diplomları və ya sizə sevinc və minnətdarlıq hissi verən əşyalar asmaq da evinizin enerjisini yüksəldir. (Milli.Az)
-
Dünya06:161 milyard insan ölə bilər - Bill Qeytsdən şok xəbərdarlıq
-
ABŞ05:45Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
-
İdman05:1535 zədə və 1701 gün itki: “Real Madrid” kabusla üz-üzə
-
Dünya02:00İran ABŞ-a Hörmüzlə bağlı 7 günlük plan göndərdi
-
Qoroskop01:20Günün ulduz falı: xoş xəbərlər alacaqsız
-
Nida Təhlil 25 Sentyabr 22:04Türkiyə mediasında Bakıya qarşı kampaniya cəhdi: BMT-də əslində nə baş verib?
-
Ekologiya25 Sentyabr 20:24Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
-
Hadisə25 Sentyabr 19:40Azyaşlını döyən şəxs saxlanıldı - Foto/Yeniləndi































