Vuçiç elan etdi: Serbiya təhlükədədir, 48 saat ərzində...
Bizi izləyin

Avropa

Vuçiç elan etdi: Serbiya təhlükədədir, 48 saat ərzində...

Son 48 saat ərzində Serbiya hakimiyyəti ölkənin həyati milli maraqlarını birbaşa təhdid edən xəbərlər alıb.

Publika.az xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç özünün İnstaqram səhifəsində qeyd edib.

O bildirib ki, respublikanı çətin günlər gözləyir: “Son 48 saat ərzində hansı xəbərləri aldığımızı indi demək mənim üçün asan deyil. Bu, Serbiyanın və Serb Respublikasının həyati milli maraqlarını birbaşa təhdid edir”.

Vuçiç detalları açıqlamayıb. O əlavə edib ki, yaxın günlərdə Serbiyanın hansı problemlərlə üzləşdiyini ictimaiyyətə açıqlayacaq. Ölkə lideri deyib ki, bu, həmişəkindən daha çətin olacaq. O, Serbiyanın “mübarizə aparacağını” və qalib gələcəyini vurğulayıb.

“Radio Sarayevo”nun məlumatına görə, Vuçiçin bəyanatı iki mümkün hadisə ilə əlaqələndirilə bilər: ya Kosovonun Avropa Şurasına daxil olması, ya da Bosniya və Herseqovinanın seçki qanunvericiliyində dəyişiklik.

Bosniya və Herseqovinadakı Ali Nümayəndə Kristian Şmidt martın 26-da ölkənin seçki qanununa düzəlişlər paketini təqdim edərək, bunu ölkənin Avropa İttifaqına (Aİ) üzvlük yolunda irəliləyişinə “töhfəsi” adlandırıb. Dəyişikliklər səslərin elektron hesablanmasının tətbiqi, elektron identifikasiya, məhkum edilmiş hərbi cinayətkarların seçkilərdə iştirakına qadağa qoyulmasını və s. əhatə edir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm