Avropa
Almaniyadan ən radikal hərbi islahat: "Heç kim bu fikrə düşməməlidir"
Alman hakimiyyət orqanları köhnə və yeni çağırışların öhdəsindən gəlmək üçün öz ordusunun döyüş hazırlığını artırmağı planlaşdırır, bu dəyişikliklər son 35 ildə ən radikal hərbi islahat olacaq.
Publika.az "Financial Times"a istinadla xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.
Onun sözlərinə görə, islahatların məqsədi Bundesveri (Almaniya silahlı qüvvələrini) müharibə zamanı müdafiəyə ən yaxşı şəkildə hazırlayan formada yenidən qurmaqdır. Nazir vurğulayıb ki, heç kimin NATO ərazisinə hücum etmək fikrinə düşməməlidir.
O, həmçinin qeyd edib ki, əsas aspekt orduya çağırışdır:
"Qarşıdakı həftələrdə Müdafiə Nazirliyi bu sahədə dəyişikliklər üçün bir model təqdim edəcək. Çox güman ki, Almaniya, məsələn, İsveçdə təqdim edilən Skandinaviya modelini qəbul edəcək. Model hərbi xidmətin könüllülüyünü və gender neytrallığını nəzərdə tutur".
İslahatlar həmçinin kiber mühitdə əməliyyatların quru, dəniz və hava qüvvələri ilə eyni səviyyədə olacağını və Silahlı Qüvvələrin dörd komponentinə vahid əməliyyat komandanlığının rəhbərlik edəcəyini nəzərdə tutur.
Xatırladaq ki, aprelin 1-də Almaniyanın “Rheinmetall” müdafiə konserninin baş direktoru Armin Papperger ABŞ-ın Avropaya qarşı hərbi təhlükə yaranacağı təqdirdə Avropaya yardım etməyəcəyi ilə bağlı fikir bildirib.
Hüseyn İbadlı
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək
-
Sosial10 Oktyabr 23:48
Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ
-
ABŞ10 Oktyabr 23:24
Məşhur ailənin ən yaşlı üzvü VƏFAT ETDİ - FOTO
-
Magazin110 Oktyabr 23:12
Aygün Kazımovanın bu geyimi görün neçəyədir - FOTO
-
Səhiyyə10 Oktyabr 22:36
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
-
İdman10 Oktyabr 22:24
Azərbaycanda televiziya kanalına o rəhbərlik edəcək - FOTO/TƏYİNAT
-
Avropa10 Oktyabr 21:15
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı belə QƏRAR VERDİ
-
Sosial10 Oktyabr 21:05
Əhmədin müzakirələrə səbəb olan məhkəmə qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA