Zelenski: "Vəziyyət getdikcə çətinləşir"
Bizi izləyin

Avropa

Zelenski: "Vəziyyət getdikcə çətinləşir"

Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin çətin vəziyyətdə olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yayımlanan videomüraciətində bildirib.

"Cəbhə. Belə qaynar müharibə zamanı cəbhədə vəziyyət həmişə ağır olur. Ancaq bu günlərdə, xüsusən də Donetsk istiqamətlərində vəziyyət getdikcə çətinləşir", - deyə Ukrayna lideri vurğulayıb.

Xatırladaq ki, aprelin 12-də Zelenski bildirib ki, ölkə öz imkanlarını artırmalı və Qərbə daha az arxalanmalıdır.

Hüseym İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm