“Ruanda sxemi”: İngiltərə erməniləri ölkədən çıxarmaq üçün İrəvanla danışıqlara başladı
Bizi izləyin

Avropa

“Ruanda sxemi”: İngiltərə erməniləri ölkədən çıxarmaq üçün İrəvanla danışıqlara başladı

Britaniya Xarici İşlər Nazirliyi qaçqınların sığınacaq tələblərinə baxılarkən onların ölkədən çıxarılmasına dair Böyük Britaniya və Ruanda arasında bağlanmış sazişə oxşar sazişin bağlanması üçün Ermənistanla danışıqlara başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Britaniya mətbuatına istinadən məlumat yayıb.

Britaniya Xarici İşlər Nazirliyinin sızdırılmış sənədlərinə keçidi ehtiva edən məlumatda deyilir: “Böyük Britaniya Ermənistan, Kot-d’İvuar, Kosta-Rika və Botsvana ilə miqrantların deportasiyası sxemini təkrarlamaq üçün danışıqlara başlayıb”.

Qeyd olunur ki, bu sənədlərin məzmunu Britaniya hökumətinin Ruanda sxeminin təkrarlanmasında maraqlı ola biləcək ölkələrin tapılması istiqamətində son 18 ayda gördüyü işlərlə bağlıdır.

Bildirilir ki, Ekvador, Paraqvay, Peru, Braziliya və Kolumbiya kimi ölkələrlə əməkdaşlıq nəzərdən keçirilib, lakin Britaniya səlahiyyətlilərinə görə, onlar sazişdə daha az maraqlı hesab ediliblər, Mərakeş, Tunis, Namibiya və Qambiya isə müzakirələrə qoşulmaqdan imtina ediblər.

Nəşr həmçinin qeyd edib ki, Ermənistan, Fil Dişi Sahili, Kosta Rika və Botsvana ilə danışıqlarda irəliləyiş Ruanda razılaşması ilə bağlı davam edən problemlərə görə dalana dirənib, lakin hökumət Ruanda sxemi işə salındıqdan sonra danışıqların bərpa olunacağına ümid edir.

Yanvar ayında İcmalar Palatası (Britaniya Parlamentinin aşağı palatası) deputatlar arasında ciddi fikir ayrılıqlarına baxmayaraq, qaçqınların sığınacaq tələbləri gözlənildiyi halda Ruandaya göndərilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Mətnə indi Lordlar Palatasında baxılmalıdır.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm