Rişi Sunak: Britaniya İsrailin yanındadır
Bizi izləyin

Avropa

Rişi Sunak: Britaniya İsrailin yanındadır

Böyük Britaniyanın Baş naziri Rişi Sunak İran ilə İsraili təmkinli olmağa çağırıb.

Publika.az xəbər verir ki, o, bu barədə Britaniya Parlamentində çıxışı zamanı danışıb.

Baş nazir Britaniyanın İsrailin yanında olduğunu bildirib:

"Böyük Britaniya İranın İsrailə yönəltdiyi bir sıra dronları məhv edib və ABŞ-ın rəhbərlik etdiyi əməliyyat zamanı vacib kəşfiyyat nəzarəti və dəstəyi verib".

O, məsələni müzakirə etmək üçün qısa müddətdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışacağını da qeyd edib.

Rişi Sunak İranın nüvə proqramının beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyini də deyib:

“İranın nüvə silahı yaratmamasını təmin etmək üçün mövcud olan bütün diplomatik vasitələrdən istifadə edəcəyik və buna sanksiyaların bərpası da daxildir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm