Məhkəmə qərar verdi: Eskobarın adı Avropada ticarət nişanı kimi qeydiyyata alınacaq?
Bizi izləyin

Avropa

Məhkəmə qərar verdi: Eskobarın adı Avropada ticarət nişanı kimi qeydiyyata alınacaq?

Avropa Ədalət Məhkəməsi mərhum kolumbiyalı narkobaron Pablo Eskobarın adının Aİ-də ticarət nişanı kimi qeydiyyata alına bilməyəcəyinə dair qərar verib.

Publika.az xəbər verir ki, bu barədə Aİ məhkəməsinin qərarında deyilir.

Məhkəmə, “Escobar Inc.”in 2022-ci ildə ticarət nişanı müraciətini rədd edən Aİ əqli mülkiyyət agentliyinin (EUIPO) qərarını qüvvədə saxlayıb.

"EUIPO düzgün nəticəyə gəlib ki, Pablo Eskobarın adı Kolumbiyada yoxsullar naminə mümkün xeyirxah əməlləri ilə deyil, narkotik alveri və narkotik terrorizmi və bunun nəticəsində törədilən cinayətlər və iztirablarla əlaqələndiriləcək", - məhkəmənin açıqlamasında deyilir.

“Escobar Inc.” Puerto Rikoda Pablo Eskobarın qardaşının cinayət təşkilatında iştirak etdiyinə görə 12 il həbsdə yatmış Roberto de Jesus Escobar Gaviria tərəfindən təsis edilib.

2020-ci ildə Gaviria şirkətinin “Escobar Fold 1” adlı qatlana bilən smartfon buraxacağını söyləyib. Şirkət hazırda “Escobar Cash” adlı kriptovalyuta satır.

Pablo Eskobar dünyanın ən güclü cinayət təşkilatlarından birinə - “Medellin” narkotik kartelinə rəhbərlik edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm