Avropa
Avropanın ən böyük qaz yatağı bağlanacaq
Niderlandın Qroningen şəhərində Avropada ən böyük qaz yatağının bağlanması ilə bağlı qanun aprelin 19-da qüvvəyə minəcək.
Publika.az xəbər verir ki, bu barədə Niderlandın Nazirlər Kabinetinin yaydığı bəyanatda deyilir.
“Qroningen yatağının bağlanması haqqında qanun 2024-cü il aprelin 19-da qüvvəyə minəcək. Kral (Hollandiya Villem-Aleksandr - red.) aprelin 17-də qanunu imzalayıb və bu gün hökumət qəzetində dərc olunub. Bu, nəhayət, orada qaz hasilatının başa çatdığını göstərir”, - Niderland hökuməti bildirir.
Bundan əvvəl ölkə Senatı Nümayəndələr Palatasının (parlamentin aşağı palatası) ardınca Qroningendə qaz quyularının bağlanması haqqında qanun layihəsini dəstəkləyib.
Niderland 2023-cü il oktyabrın 1-dən etibarən Avropanın ən böyük Qroningen yatağında qaz hasilatını dayandırdığını elan edib. Eyni zamanda, daha bir il - 2024-cü il oktyabrın 1-dək qışın çox soyuq keçəcəyi təqdirdə qaz quyularının açıq qalması qərara alınıb.
Yatağın yekun bağlanması ilə bağlı qanun layihəsinin təşəbbüskarı olan mədən işləri üzrə dövlət katibi Hans Feilbrief qaz yatağından sonrakı istifadənin mümkünsüzlüyünü qeyd edib, çünki bu, zəlzələlərə səbəb olur və Qroningen sakinlərinin təhlükəsizliyinə zərər verir.
Qroningendə nəhəng qaz yatağı 1959-cu ildə kəşf edilib və 1963-cü ildə işlənməyə başlayıb. Yatağın ilkin çıxarıla bilən qaz ehtiyatları 2,9 trilyon kubmetr olub. Uzun illər ərzində yataq Avropanın şimal-qərbini qazla təmin edən əsas mənbə olub, lakin 1990-cı illərdə əyalətdə baş verən çoxsaylı zəlzələlər səbəbindən Niderland hakimiyyəti yataqdan hasilatı tədricən məhdudlaşdırmaq qərarına gəlib.
Akqabay
-
Magazin120:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Hadisə19:00
Sumqayıt qatarının şüşəsini sındıranlar müəyyən olundular
-
Hadisə18:40
Füzulidə YANĞIN: tüstüdən zəhərlənən var
-
Sosial18:00
Ən çox boşanan 2 bürc: onların 40 yaşdan sonra həyatları dəyişəcək
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO