Depardye sərbəst buraxıldı - YENİLƏNDİ
Bizi izləyin

Avropa

Depardye sərbəst buraxıldı - YENİLƏNDİ

Cinsi təcavüzdə ittiham olunaraq saxlanılan fransalı aktyor Jerar Depardye sərbəst buraxılıb.

Bu barədə aktyorun vəkilinin verdiyi məlumata görə, ona qarşı heç bir ittiham irəli sürülməyib.

Qeyd edək ki, iki qadın tərəfindən cinsi təcavüzdə ittiham olunan aktyor bu gün dindirilmək üçün Parisdə polis idarəsinə çağırılıb və daha sonra saxlanılıb.

***

Fransa hüquq-mühafizə orqanları aktyor Jerar Depardyeni iki cinsi qısnama ittihamından sonra dindirmək üçün bazar ertəsi polis bölməsinə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

“Bazar ertəsi səhər Jerar Depardye seksual qısnama ittihamlarına cavab vermək üçün həbs olunacağı gözləntiləri ilə çağırılıb. O, hazırda dindirilmək üçün Paris komissarlıqlarından birindədir”, - telekanal xəbər verir.

Söhbət iki filmin çəkiliş qrupu üzvlərinin şikayətlərindən gedir. Fevral ayında bildirilmişdi ki, 2021-ci il filminin çəkilişlərində iştirak edən prodüser dizayneri çəkiliş zamanı cinsi zorakılıq və təqiblərə görə Depardyeyə qarşı prokurorluğa şikayət edib. Martın sonunda BFMTV, prokurorların bu şikayət əsasında Depardyeyə qarşı istintaq başlatdığını bildirdi.

Fevralın ortalarında “Ouest France” qəzeti mənbələrə istinadən, 2014-cü ildə çəkilişlər zamanı Depardye tərəfindən təqib edilən naməlum keçmiş rejissor köməkçisinin daha bir şikayəti barədə məlumat yayıb.

Depardye ittihamları rədd edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm