Avropa
Bu Avropa ölkəsində kritik vəziyyət - İnsanlar sürətlə ölür
Almaniya Qərbi Avropada ömür nisbətinin ən pis göstəricilərindən birinə sahibdir. Bu tendensiya hər keçən gün daha da pisləşir.
Publika.az xəbər verir ki, bunu Federal Demoqrafik Tədqiqatlar İnstitutunun (BiB) və Maks Plank Demoqrafik Tədqiqatlar İnstitutunun əməkdaşları tərəfindən bir neçə onilliklər ərzində ölüm meyllərini təhlil edən tədqiqatın nəticələri sübut edir.
Məlumatlara görə, son iki onillikdə Almaniya ilə Avropanın qalan hissəsi arasında uçurum durmadan artıb. Belə ki, 2022-ci ildə Almaniyada orta ömür uzunluğu 80,55 il olduğu halda, bütün Qərbi Avropada 82,25 il olub. Əgər 2000-ci ildə Almaniya orta ömür uzunluğuna görə Qərbi Avropa ölkələrindən təxminən 0,7 il geri qalırdısa, 2022-ci ilə qədər bu fərq artaraq 1,7-yə çatıb.
“2000-ci illərin əvvəlləri Almaniyada ölüm dinamikasında dönüş nöqtəsi oldu”, - tədqiqatda bildirilib.
Qeyd olunur ki, Almaniya ilə digər Qərbi Avropa ölkələri arasında ölüm nisbətindəki fərq “nisbətən sabit” artır. Qərbi Avropa üçün orta səviyyəyə qısamüddətli yanaşma yalnız pandemiyanın birinci ilində - 2020-ci ildə baş verib. Çünki Almaniyada koronavirus infeksiyasından regionun digər ölkələri ilə müqayisədə xeyli az adam ölüb.
Almaniyada 50 yaşdan aşağı insanlar arasında ölüm nisbəti Qərbi Avropa ortalamasına uyğun gəlsə də, 65 yaşdan yuxarı insanlar arasında bu göstərici xeyli yüksəkdir.
Almaniyadakı qadınlar arasında, xüsusən də yaşı 75-dən yuxarı olanlar arasında ölüm nisbəti digər ölkələrdəki həmyaşıdlarına nisbətən daha yüksəkdir. Məlumata görə, ölkədə ən çox ölüm səbəbi ürək-damar sistemi xəstəlikləridir.
Almaniya Federal Statistika İdarəsinin 2023-cü ilin iyul ayında dərc etdiyi məlumata görə, 2022-ci ildə ölkədə orta ömür uzunluğu qadınlar üçün 82,9 yaş, kişilər üçün isə 78,2 il təşkil edib. 2019-cu illə - pandemiyadan əvvəlki ötən illə müqayisədə ümumilikdə gözlənilən ömür uzunluğu həm kişilər, həm də qadınlar üçün əhəmiyyətli dərəcədə 0,6 il azalıb.
2022-ci ilin yanvarında Almaniya tarixində ilk dəfə olaraq bir ildə ölənlərin sayının milyonu ötdüyü bildirilib. 2021-ci ildə ölkədə 1.016.899 ölüm qeydə alınıb. Analoji göstərici indiki Almaniyanın ərazisində müharibədən sonrakı dövrdə yalnız bir dəfə qeydə alınıb - 1946-cı ildə 1 001 600 nəfər həlak olub.
Akqabay
-
İdman23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?