Avropa
Fransada Makron dönəmi bitir: Yaxın ətrafı ilə danışdı, istefaya gedir
Fransa prezidenti Emmanuel Makron partiyasının tam uğursuzluğundan və sağ qüvvələrin Avropa Parlamentinə seçkilərdə uğur qazanmasından sonra istefa verəcəyini istisna etmir.
Publika.az xəbər verir ki, bu barədə “Avropa 1” məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, Makron yaxın ətrafı ilə sağçıların növbədənkənar parlament seçkilərində mümkün qələbəsini müzakirə edib.
“İstefa tabu deyil, bu gün biz bütün ssenariləri nəzərə almalıyıq”, - deyə radiostansiya Fransa prezidentinə yaxın mənbədən sitat gətirib.
Qeyd edilir ki, bu variant açıq şəkildə üstünlük təşkil etmir, lakin prezidentin istefası perspektivi “qarşıdan gələn seçkiləri dramatikləşdirməyə” xidmət edə bilər.
Fransa prezidenti iyunun 9-da tərəfdarlarının Avropa Parlamentinə seçkilərdə məğlub olmasından sonra Milli Assambleyanı buraxıb. Onun İntibah Partiyası 14,6%, sağçılar isə 31,4% səs toplayıb.
Tural
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi