Kiyevə raket hücumu - Xəsarət alanlar var - FOTO
Bizi izləyin

Avropa

Kiyevə raket hücumu - Xəsarət alanlar var - FOTO

Kiyevdə Obolon rayonuna Rusiyaya məxsus raketin qalıqlarının düşməsi nəticəsində azı 5 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə Kiyev şəhər meri Viralio Kliçko məlumat verib.

Raket qalıqları Obolon bölgəsində çoxmərtəbəli binaya ziyan vurub. Kliçko bildirib ki, zədələnmiş evdən 10 sakin təxliyə edilib.

“Hazırda beş zərərçəkən həkimə müraciət edib, onların hamısı stressə qarşı kəskin reaksiya ilə xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerindəcə yardım göstərilir”, - deyə Kliçko əlavə edib.

Qeyd edək ki, iyunun 30-da axşam saatlarında Kiyev və şimal rayonlarında hava hücumu xəbərdarlığı elan edilib. Bundan sonra Hərbi Hava Qüvvələri Kiyevə doğru uçmaq ehtimalı olan qanadlı raketlə bağlı xəbərdarlıq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm