Lukaşenkodan ŞOK XƏBƏRDARLIQ: "Dünya yeni qlobal fəlakətin astanasındadır"
Bizi izləyin

MDB

Lukaşenkodan ŞOK XƏBƏRDARLIQ: "Dünya yeni qlobal fəlakətin astanasındadır"

"Qərbin başlatdığı “səlib yürüşü” səbəbindən dünya fəlakətin astanasındadır".

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Onlar üçün 45-ci ildə heç nə bitmədi. Üstəlik, yeni bir “səlib yürüşü” başladı. Yenə düşünürlər ki, nasizmi öz evlərindən uzaqda böyüdə və bu canavarı qısa bir zəncirdə saxlaya bilərlər. O, özünü itirəcək, amma onlara, öz evlərinə gələcək”, - Lukaşenko Belarusun Müstəqillik Gününə həsr olunmuş təntənəli iclasda deyib.

Prezidentin sözlərinə görə, Qərbdə faşizmlə mübarizədə həlak olmuş sovet əsgərlərinin məzarlarını və abidələrini dağıda, bütün dərslikləri yenidən yaza bilərlər, lakin Böyük Vətən Müharibəsinin nəticələrini dəyişmək mümkün deyil.

Dövlət başçısı həmçinin vurğulayıb ki, dünya yenidən daha bir qlobal fəlakətin astanasındadır.

Bundan əvvəl Belarus lideri bildirib ki, Qərb ölkələri NATO qoşunlarını münaqişə zonasına cəlb etmək üçün Ukraynada münaqişənin daha da genişlənməsinə çalışırlar. Lukaşenko qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin sıralarında olan əcnəbi muzdlular onlara verilən tapşırıqların öhdəsindən gəlmirlər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm