Niderland Rumıniyanı darmadağın etdi - YENİLƏNDİ
Bizi izləyin

İdman

Niderland Rumıniyanı darmadağın etdi - YENİLƏNDİ

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Publika.az xəbər verir ki, Münhendəki "Alyans Arena"da keçirilən matç "narıncılar"ın böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Görüşdə hesabı 20-ci dəqiqədə Qodi Qakpo açıb. 83 və 90+3-cü dəqiqələrdə fərqlənməklə dubl edən Doniell Malen isə matçın son nəticəsini təyin edib.

1/4 finala yüksən Niderland yığmasının rəqibi Avstriya - Türkiyə matçının qalibi olacaq.

xxx

21:55

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşündə ikinci qol vurulub.

Publika.az xəbər verir ki, "narıncılar" üstünlüklərini bir qədər də möhkəmləndiriblər. - 2:0.

83-cü dəqiqədə Doniell Malen fərqlənib.

xxx

20:45

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşündə hesab açılıb.

Publika.az xəbər verir ki, "narıncılar" 20-ci dəqiqədə hesabda önə çıxıblar.

Qodi Qakpo dəqiq zərbə müəllifi olub.

xxx

20:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başlayıb.

c xəbər verir ki, qarşılaşma Münhendəki "Alyans Arena"da keçirilir.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm