Sunak yenidən Britaniya parlamentinə seçildi, amma...
Bizi izləyin

Avropa

Sunak yenidən Britaniya parlamentinə seçildi, amma...

Böyük Britaniyanın Baş naziri Rişi Sunak yenidən krallığın parlamentinə seçilib.

Publika.az xəbər verir ki, bu barədə TASS Şimali Yorkşir ştatının Riçmond rayonunda səsvermənin nəticələrinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, siyasətçi yenidən öz dairəsindən İcmalar Palatasına seçilib. Bununla paralel olaraq Sunak hökumət başçısı postunu tərk etmək niyyətini təsdiqləyib .

Əvvəllər bildirilirdi ki, Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının bəzi üzvləri artıq seçkilərdən sonra ölkənin hazırkı baş naziri Rişi Sunakın yerinə namizəd kimi özlərini təklif edirlər. İyulun 4-də keçiriləcək seçkilərdə Mühafizəkarların tarixi məğlubiyyətə uğrayacağı ilə bağlı partiya daxilində qorxular artır.

Britaniyalılar İcmalar Palatasına 650 deputat seçiblər - hər dairədən bir nəfər. Parlament mandatlarının çoxunu qazanan partiya qalib gələcək. Nəticədə onun lideri baş nazir olacaq və Britaniya hökumətinə rəhbərlik edəcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm