Rusiya-Ukrayna danışıqlarını bu dövlətlər təşkil edəcək - Orban
Bizi izləyin

Avropa

Rusiya-Ukrayna danışıqlarını bu dövlətlər təşkil edəcək - Orban

Rusiya və Ukrayna arasında sülh danışıqlarının təşkilini böyük dövlətlər həyata keçirəcək, Macarıstan bundan xəbərdardır.

Publika.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının səhər proqramında bildirib. Onun sözlərinə görə, buna baxmayaraq, Budapeşt münaqişə tərəflərini sülh bağlamağa sövq etmək istəyir.

“Macarıstan öz yerini bilir və böyük danışıqları böyük dövlətlər aparacaq ”, - Orban bildirib.

Macarıstan hökumətinin başçısı iyulun 2-də Kiyevə səfərindən və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən danışıb. Orban qeyd edib ki, o zaman onun məqsədi tərəfləri danışıqlara başlamağa təşviq etmək olub.

Bundan əvvəl Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirmişdi ki, Macarıstanın baş naziri bütün Aİ adından Rusiya prezidenti Vladimir Putinlə danışıqlar apara bilməz. Siyasətçi Macarıstan tərəfinin Avropa Şurasına sədrlik etməsinə məhəl qoymayıb.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski etiraf etmişdi ki, Çin və ABŞ münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlarda vasitəçi kimi çıxış edə bilər. Lakin Putin bu variantı mümkünsüz adlandırıb. Onun sözlərinə görə, üçüncü şəxs bunu etmək üçün lazımi səlahiyyətə malik ola bilməz.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm