Avropa
Gün ərzində nə qədər şokolad yemək olar?
İnsan gün ərzində desert olaraq yalnız şokolad yeməyə qərar veribsə, o zaman gündə 30-50 qram şokolad yeyə bilər.
Publika.az xəbər verir ki, bunu "BestDoctor" şirkətlər qrupunun diyetoloqu, rusiyalı Yana Kartayeva bildirib.
"Tövsiyə olunan şokolad istehlakından danışsaq, bu sualın dəqiq cavabı yoxdur. Hamısı insanın həyat tərzindən, çəkisindən və sağlamlıq vəziyyətindən asılıdır. Lakin ÜST tövsiyə edir ki, əlavə edilən şəkər pəhrizdəki kalorilərin 10%-ni təşkil etməlidir. Gündəlik kalori miqdarı 2500 kkal olan sağlam bir insan üçün əlavə edilmiş şəkərin icazə verilən maksimum miqdarı gündə 250 kkaldır. Əgər insan gün ərzində desert olaraq yalnız şokolad yeməyə qərar verirsə, o zaman gündə 30-50 qram şokolad yeyə bilər", - deyə həkim bildirib.
Kartayevanın sözlərinə görə, müxtəlif növ şokoladın kalori miqdarı təxminən bərabərdir və 550 kkal təşkil edir. Buna görə də 30-50 qramlıq norma bütün növ şokoladlar üçün eyni olaraq qalır.
-
Region11:05Paşinyanın kortejində qəza: Ölən və yaralananlar var
-
Nida Xəbər 10:55Desantlarımız terrorçu qrupun rəhbərini belə ələ keçirdi - Video
-
Magazin210:15İşın Karaca Yunanıstandan "İzmir marşı"na görə deport edildi - Video
-
Maraq dünyası10:05Yer kürəsində qəribə proses başlayıb - Yuxusuzluq və qulaqlarda cingilti yaradır
-
Dünya08:45“Artemis II” Yerə qayıtdı
-
Nida Xəbər 08:15Prezident İlham Əliyev Ayazın arzusunu gerçəkləşdirdi: Ailəsinə “KamAZ” hədiyyə etdi - Foto
-
Dünya06:1610 yaşlı qız NASA-dan elə bir şey istədi ki... - Foto
-
Elm və təhsil03:18Nazirdən imtahanlarda sual hazırlayanlara müraciət





































