Durovdan KRİTİK QƏRAR: "Ölkəni tərk etməyə hazırıq"
Bizi izləyin

Avropa

Durovdan KRİTİK QƏRAR: "Ölkəni tərk etməyə hazırıq"

"Telegram"ın yaradıcısı Pavel Durov messencerin Fransanı tərk etməyə hazır olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, o, müvafiq məlumatı ingilisdilli "Telegram" kanalında dərc yayımlayıb.

"Bəzən biz məxfilik və təhlükəsizlik arasında balans məsələsində ölkənin tənzimləyicisi ilə razılaşa bilmirik. Belə hallarda biz bu ölkəni tərk etməyə hazırıq. Biz bunu dəfələrlə etmişik. Rusiya bizdən nəzarəti təmin etmək üçün “şifrələmə açarlarını” təhvil verməmizi tələb etdikdə biz bundan imtina etdik və "Telegram" Rusiyada qadağan edildi. İran bizdən dinc nümayişçilərin kanallarını blok etməyi tələb etdikdə biz bundan imtina etdik və "Telegram" İranda qadağan edildi. Prinsiplərimizə uyğun gəlməyən bazarları tərk etməyə hazırıq, çünki bunu pul xatirinə etmirik", - Durov yazıb.

Durov Fransada saxlanmasını da gözlənilməz adlandırıb.

Xatırladaq ki, P.Durov avqustun 24-də axşam Fransanın "Le Burje" hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan gəlib. O , qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə olunması da daxil olmaqla altı cinayətdə ittiham olunur.

"Telegram"ın təsisçisi 5 milyon avro girov müqabilində məhkəmə nəzarətinə götürülüb və onun Fransadan çıxışı da qadağan edilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm