Cütlük təsadüfən 15 min dollar dəyərində MİRVARİ TAPDI - FOTO
Bizi izləyin

Dünya

Cütlük təsadüfən 15 min dollar dəyərində MİRVARİ TAPDI - FOTO

Evli cütlük - Adisak Sidao və Savitri Sangjan Banqkokda nahar üçün qabıqlı balıq bişirərkən onlardan birində nadir melo mirvarisi tapıblar.

Publika.az "The Thaiger"ə istinadla xəbər verir ki, onlar zinət əşyalarını 500 min bahta (pul vahidi - 15 min dollar) sata bilərlər.

Müayinə göstərib ki, cütlüyün tapdığı oval ağ mirvari 1,91 karat ağırlığındadır. Mütəxəssislər onlara orijinallıq sertifikatı veriblər.

Nəşr bu hadisəni “əsl möcüzə” adlandırıb. 29 yaşlı Adisak Sidao usta, 27 yaşlı Savitri Sanqcan şirkətin sıravi işçisidir. 500 min baht onlar üçün qazana bilmədiyi bir sərvətdir.

Hüseun İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm