Trampın yaxınlığında atəş açan O İMİŞ...
Bizi izləyin

ABŞ

Trampın yaxınlığında atəş açan O İMİŞ...

ABŞ Məxfi Xidmət agenti ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın yaxınlığında atəş açıb.

Publika.az xəbər verir ki, bu barədə “The New York Post” öz mənbəsinə istinadla məlumat yayıb.

Nəşr qeyd edib ki, Məxfi Xidmət əməkdaşı Trampdan bir neçə metr aralıda qolf meydançasında şübhəli adamı görüb və atəş açıb.

Həmçinin bildirilib ki, xidmət agentləri Trampın olduğu yerin yaxınlığında baş verən atışma hadisəsini araşdırır.

Xatırladaq ki, sentyabrın 15-də ABŞ prezidentliyinə namizəd Donald Trampın olduğu yerin yaxınlığında atışma baş verib.

Eyni zamanda, Nümayəndələr Palatasının respublikaçı üzvü Marcori Teylor-Qrin bəyan edib ki, Trampa qarşı növbəti sui-qəsd cəhdi də ola bilərdi. Daha sonra məlum olub ki, Trampın olduğu "Tramp West Palm Beach" qolf meydançasından kənarda baş verib.

Atışmada iki nəfərin iştirak etdiyi qeyd edilib.

“The New York Post” aydınlaşdırıb ki, atışma Trampa yönəlməyib, hücum edənlər bir-birini nişan alıblar. Atışmada şübhəli bilinən şəxs saxlanılıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm