Ronaldo bunu da bacardı: 900 qolla...
Bizi izləyin

Avropa

Ronaldo bunu da bacardı: 900 qolla...

Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo Millətlər Liqasının qrup mərhələsində Xorvatiya ilə oyunda qol vurub.

Bu barədə Publika.az xarici mətbuata istinadən xəbər verir.

Qeyd olunur ki, Ronaldo üçün bu qol karyerasında 900-cü olub, o, tarixdə bu rekorda çatan ilk futbolçu olub. Hücumçu İspaniyanın "Real Madrid" komandasında (450 qol) vurub və Portuqaliya millisi (131) tarixinin bombardiridir. O, həmçinin İngiltərənin "Mançester Yunayted"ində 145, İtaliyanın "Yuventus"unda 101, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında 68, Portuqaliyanın “Sportinq” komandasında 5 qol vurub.

Beynəlxalq Futbol Federasiyası Assosiasiyasının (FİFA) məlumatına görə, Ronaldo 2022-ci ilin martında rəsmi oyunlarda vurdoğu qolların sayına görə avstriyalı və çexoslovakiyalı hücumçu Yozef Biçanı keçərək, ən çox qol vuran futbolçu olub. FİFA qeyd edib ki, Bican təxminən 805 qolun müəllifidir; vurulan qolların dəqiq sayı məlum deyil. Bican 1931-1957-ci illərdə oynayıb.

Ronaldonun 39 yaşı var, o, Çempionlar Liqasının 5 qat qalibi, Avropa çempionu və Millətlər Liqasının qalibidir. Portuqaliyalı milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatları tarixində ən çox qol vuran futbolçudur. Futbolçu 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm