Bu ölkənin Rusiya ilə sərhədində yeni baza açıldı: NATO qüvvələri yerləşəcək
Bizi izləyin

Avropa

Bu ölkənin Rusiya ilə sərhədində yeni baza açıldı: NATO qüvvələri yerləşəcək

Estoniyanın cənubunda Rusiya ilə sərhədə yaxın ərazidə yeni hərbi baza açılıb.

Publika.az xəbər verir ki, bu barədə ERR yayım şirkəti məlumat yayıb.

Yeni baza “Reedo” adlanır və 14 binadan ibarətdir. Baza Vıru şəhəri yaxınlığında, Yuba kəndində yerləşir. Agentliyin məlumatına görə, bazada min nəfərə qədər hərbçi yerləşə biləcək. Orada ikinci Estoniya briqadasının və digər NATO ölkələrinin qoşun kontingentinin yerləşdiriləcəyi gözlənilir.

Bildirilir ki, baza "NATO-nun müdafiə planlarına uyğun olaraq hazırlıqlar üçün bir mərhələ kimi" istifadə olunacaq.

Bundan əvvəl Estoniya NATO-nu Rusiya ilə sərhəddə hava hücumundan müdafiəni gücləndirməyə çağırıb. Estoniyanın müdafiə naziri Hanno Pevkur, "Sərhəd dövlətləri qorunsa, əlbəttə ki, Berlin və Paris də daha təhlükəsiz olar" demişdi.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm