Avropa
Kral ailəsini saxlamaq Britaniyaya neçəyə başa gəlir? - RƏQƏMLƏR
Böyük Britaniyada kral ailəsinin ölkədəki vergi ödəyicilərinə 510 milyon funt sterlinqə başa gəldiyi iddia olunur.
Publika.az xəbər verir ki, bunu "Republic" antimonarxiya kampaniyası qrupu açıqlayıb.
Bu rəqəm kral ailəsinin xərclərini maliyyələşdirən 86 milyon funt-sterlinqlik Suveren Qrantdan təxminən 6 dəfə çoxdur.
BBC-nin məlumatına görə, Suveren Qrant fondu kral ailəsinin personal, səyahət və məkanın təmiri kimi xərclərini qarşılayır, lakin təhlükəsizlik xərcləri bu fonddan çıxarılıb. Qrup isə deyir ki, təkcə təhlükəsizlik xərcləri 150 milyon funt sterlinqdir:
"Taca yarım milyard funt-sterlinq xərclədiyimiz halda, müavinətlərin kəsilməsindən necə danışa bilərik?".
Qrup bunu dövlət pullarının israfı hesab edir. İctimai rəyi öyrənən "YouGov" şirkətinin məlumatına görə, monarxiyanı maliyyə faydaları baxımından müsbət görənlərin nisbəti yüzdə 55 faiz təşkil edir.
Kral ailəsinə müsbət baxanların nisbəti 59 faiza, mənfi fikirdə olanların nisbəti isə 32 faiz ətrafında olub. //Modern.az
-
Region06:49
Fulya Öztürkə Livanda hücum etdilər: yoxa çıxdı - VİDEO
-
Magazin106:09
Firəngiz Mütəllimovanın Fuad Poladovla arxiv FOTOLARI YAYILDI
-
Sosial29 Sentyabr 23:15
Arıq və qısaboy çağırışçıların NƏZƏRİNƏ: bu halda...
-
ABŞ29 Sentyabr 23:03
Tramp uduzsa, görün nələr olacaq...
-
Sosial29 Sentyabr 20:48
Bu yağın satışı hər yerdə QADAĞAN EDİLDİ - İnanılmaz zərərləri ortaya çıxdı
-
Yaxın Şərq29 Sentyabr 18:12
Nəsrullahla birgə öldürülən "Hizbullah" liderlərinin adları AÇIQLANDI
-
Sosial29 Sentyabr 17:20
Əjdər İsmayılov vəfat etdi
-
Sağlamlıq29 Sentyabr 16:50
Siqaretdən daha təhlükəli 5 qida