İdman
Ronaldo işçi axtarır, vakansiya elan etdi - Bu qədər məvacib verəcək
Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun biznesi genişlənməyə davam edir.
Publika.az xəbər verir ki, portuqal ulduz Madriddəki otelinə işçi axtarır və vakansiya elan edib.
“Marca” vakansiyaların və vəd edilən maaşların ətraflı siyahısını paylaşıb.
“Ronaldoya məxsus “Pestana CR7” otelində iş təklifləri peyda olub. Müxtəlif vəzifələr üçün əməkdaşlar tələb olunur: xadimə, nəzarətçi, qapıçı, receptionist və kiçik ofisiant. Göstərilən işlərdə çalışmaq üçün namizədlərdən yüksək səviyyədə ingilis dili (B2 və ya C1) tələb olunur və bəzi hallarda orta və ya ali peşə təhsili də tələb olunur.
Menecer vəzifəsi üçün maaş ayda 2300 avro olacaq. Ofisiant vəzifəsi üçün – 1300 avro.
Müraciət edənlərə, müddətsiz müqavilə təklif olunur. Müqaviləyə restoranda qidalanma (yəni yemək pulu ödənilir), şirkət tərəfindən ödəniləcək tibbi sığorta, otel setlərindən birində qalmaq istəyənlər üçün güzəştli tarif, həmçinin bar və restoranlarda 25% endirim daxildir. Tətilə gəlincə, işçilərə ildə 30 gün məzuniyyət və əlavə 20 gün istirahət verilir.
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial19 İyun 16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər













.jpg)



.jpg)


















