Avropa
Kraliça ölümünü aylarla təxirə salıb ki...
Böyük Britaniya kraliçası II Elizaveta ölümünü bilərəkdən təxirə salıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin keçmiş baş naziri Boris Consonun xatirələrində iddia edib. Kitabdan müvafiq fraqment "Daily Mail"də yayımlanıb. Keçmiş hökumət başçısının sözlərinə görə, 2022-ci ilin yayında II Elizavetanın səhhəti sürətlə pisləşməyə başlayıb.
"Klraliça məhz o zaman anladı ki, ömrünün son günlərini yaşayır. Lakin kraliça ən mühüm vəzifələrindən birini yerinə yetirməyincə və ölkədə hakimiyyətin ötürülməsini təmin edənə qədər ölə bilməzdi", - Conson kitabında qeyd edib.
Həmin il Böyük Britaniyada baş nazir kürsüsü iki ay boş qaldı. Conson 2022-ci ilin iyulunda istefa verdi və yeni hökumət başçısı yalnız sentyabr ayında seçildi.
"[Kraliçanın şəxsi katibi] Edvard Yanqın daha sonra mənə izah etdiyi kimi, o, bütün yayı öləcəyini bilirdi, lakin son vəzifəsini yerinə yetirməkdə qərarlı idi: hakimiyyətin bir hökumətdən digərinə dinc və nizamlı şəkildə ötürülməsini görmək", - Nazirlər Kabinetinin keçmiş sədri yazıb.
Eyni zamanda, o, II Elizavetanın “rekord xalı”na daha bir baş nazirin növbəti istefasını əlavə etmək istədiyini istisna etməyib.
II Elizaveta 8 sentyabr 2022-ci ildə vəfat edib. O zaman onun 96 yaşı var idi və müasir tarixin ən yaşlı monarxı sayılırdı.
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto